XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

10 İyun 2019 - 19:23

Gəncədə oğlunu döyən ata saxlanılıb- Cinayət işi başlanılıb

Gəncə şəhərində 14 yaşlı oğlunu döyən ata barəsində cinayət işi başlanılıb.

Bu barədə “Report”un Qərb Mərkəzinə DİN Mətbuat xidmətinin Gəncə Regional qrupundan məlumat verilib.

Bildirilib ki, iyunun 3-də 14 yaşlı oğlunu taxta ilə döyən 1972-ci il təvəllüdlü İlham Məmmədov polis tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, İ.Məmmədov sərxoş halda yeniyetmə övladını taxta parçası ilə döyərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.