Kasıbçılıqdan özünü öldürmək istədi[color=red] – Bakının mərkəzində qanlı olay
Bakıda 27 yaşlı oğlan intihara cəhd edib.
Hadisə Nəsimi rayonu ərazisində, 28 May küçəsində baş verib. 1989-cu il təvəllüdlü Vəlizadə Müşfiq Nazim oğlu bıçaqla qarnına xəsarətlər yetirib. O, dərhal Kliniki Tibbi Mərkəzə yerləşdirilib. M.Vəlizadənin yaxınları bildiriblər ki, o, maddi çətinliklər ucbatından həyatına qəsd edib. Faktla bağlı araşdırma aparılır.