XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 June 2019 - 23:39

Yardımlıda yük maşını dərəyə aşıb –1 ölü, 2 yaralı var + FOTO

Yardımlı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Haronu kəndi ərazisində, “Böyük dərə” adlandırılan ərazidə baş verib.

Rayonun 1992-ci il təvəllüdlü Köryədi kənd sakini Abışov Ceyhun Cavanşir oğlu sükanı arxasında olduğu “Kamaz” markalı, “10-DG-325” dövlət qeydiyyat nişanlı avtomobil ilə ot bağlaması aparan zaman idarəetməni itirib.

Nəticədə “Kamaz” 500 metrlik dərəyə yuvarlanıb. Qəza zamanı maşının sərnişini, rayonun 1978-ci il təvəllüdlü Arvana kənd sakini Həsənov Namik Mirhəsən oğlu aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Sürücü C.Əbişov və digər sərnişin, 2002-ci il təvəllüdlü Arvana kənd sakini Həsənov Rafiz İbrahim oğlu ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır/Report.