Göygöl rayonunda yol qəzası baş verib.
Hadisə rayonun Aşıqlı kəndində qeydə alınıb.
Mikroavtobusun idarəetmədən çıxaraq məktəb binasına çırpılması nəticəsində 8 nəfər xəsarət alıb.
Məlumata görə, onlardan ikisinin vəziyyəti kafidir, digər 6 nəfərə isə ambulator yardım göstərilərək evə buraxılıb.
İlkin məlumata görə, mikroavtobusda olanlar Göygöl rayonuna istirahətə gəliblərmiş.
Faktla bağlı araşdırma aparılır/Report.