XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

14 İyun 2019 - 10:09

Oğuzda avtomobil ağaca çırpılıb:2 ölü, 3 yaralı var

Oğuzda baş vermiş ağır yol-nəqliyyat hadisəsizamanı 2 nəfər ölüb, daha üç nəfər ağır xəsarət alıb.

Hadisə iyunun gecə saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Oğuz rayonunun Bayan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobildə olan və şəxsiyyətləri hələ ki dəqiqləşdirilməyən iki qadın ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.Daha üç nəfər – 2010-cu il təvəllüdlü Ağazəki İsmayıl oğlu Hacıyev, Məlahət Hacıyeva və İsmayıl Niyassalam oğlu Hacıyev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.Onların müalicəsi xəstəxananın Reanimasiya şöbəsində aparılır, vəziyyətləri ağır kimi qiymətləndirilir.

Əldə edilən məlumata görə, qəzaya düşənlər bir ailənin üzvüləri və yaxın qohumlardır. OnlarBakıdan Zaqatala istiqamətində hərəkətdə olublar. /APA