XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

14 İyun 2019 - 19:38

“Son zəng” günü məzunlar qəzaya düşüb- Lənkəranda

Lənkəranda “Son zəng” günü məzunlar qəzaya düşüblər.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, şəhərin Heydər Əliyev prospektində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Nəticədə 2001-ci il təvəllüdlü Adil Məmməd oğlu Həsənzadəni xəsarət alıb.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan şəxs reanimasiya şöbəsinə qəbul edilib.

Bildirilir ki, qəzaya uğrayan avtomobil taksi xidməti göstərirmiş. Hadisə zamanı avtomobildə olan sərnişinlərin 4-ü də məzun olub.
Faktla bağlı araşdırma aparılır.