XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

14 İyun 2019 - 22:41

Heydər Əliyev prospektində zəncirvari qəzada yaralananların şəxsiyyəti məlum olub

Heydər Əliyev prospekti üzərində yerləşən Bağırov körpüsünün altında 5 maşının toqquşması ilə nəticələnən qəzada yaralananların şəxsiyyəti məlum olub.

“Report” xəbər verir ki, zəncirvari qəza zamanı 1978-ci il təvəllüdlü Həmidova Gültəkin Allahverdi qızı, 2001-ci il təvəllüdlü Allahverdiyeva Aysel Ayaz qızı, 1980-ci il təvəllüdlü Allahverdiyeva Ləman Allahverdi qızı və 1995-ci il təvəllüdlü Həsənli Abbas Tağı oğlu xəsarət alıblar.

Yaralılar 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Həmidova Gültəkinə qasıx və omba sümüklərinin sınığı diaqnozu qoyulub və palataya yerləşdirilib. Digər xəsarət alanlara isə döş qəfəsinin küt travması diaqnozu qoyulub və onlar ambulator müalicəyə buraxılıb.