XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 June 2019 - 10:31

Bakıda qətl:20 yaşlı gənc bıçaqlanaraq öldürülüb

Bakıda ötən gecə 20 yaşlı gənc ürək nahiyəsindən bıçaqlanaraq öldürülüb.

Səhiyyə Nazirliyindən “Report”a verilən məlumata görə, hadisə Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 93 ünvanında baş verib:

“Təcili yardım həkimləri ünvana gələn zaman yaralının vəziyyəti çox ağır olub. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib”.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.