XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

15 İyun 2019 - 22:12

Yevlaxda minik avtomobili yük maşını ilə toqquşub- Yaralananlar var

Yevlaxda minik avtomobili yük maşını ilə toqquşub.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Malbinəsi kəndi yaxınlığında qeydə alınıb. “VAZ-2106” markalı minik avtomobilinin “QAZEL” markalı yük maşını ilə toqquşması nəticəsində biri ağır olmaqla 3 nəfər müxtəlif bədən xəsarətləri alıb.

Xəsarət alanlar – 1988-ci il təvəllüdlü Xəlilov Elşən Yaşar oğlu, 2001-ci il təvəllüdlü Qədirli Yusif Qaragöz oğlu və onun qardaşı, 1996-cı il təvəllüdlü Qədirli Babək Qaragöz oğlu xəstəxanaya yerləşdiriliblər. Elşən Xəlilovun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.