XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 June 2019 - 12:14

Lombarda saxta qızıl verən şəxs tutuldu –Bakıda

Bakıda lombarda saxta qızıl verən şəxs saxlanılıb. 

DİN-in Mətbuat xidmətindən Strateq.az-a veriləın məlumata görə, iyunun 17-də Xətai rayonu ərazisindəki lombardların birindən Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.

Dərhal həmin ünvana gəlmiş polis əməkdaşları tərəfindən lombarda saxta qızıl verən şəxsin 1300 manat pul alaraq qaçdığı müəyyən edilib.

Polis əməkdaşlarının çevikliyi sayəsində həmin şəxs saxlanılaraq 36-cı Polis Bölməsinə təhvil verilib.

Onun Bakı şəhər sakini E.Mustafayev olduğu müəyyən edilib, araşdırma aparılır.