XƏBƏR LENTİ

26 Yanvar 2021

Digər Xəbərlər

07 Yanvar 2016 - 12:36

Polis əməliyyat keçirdi – [color=red]”Baron” həbs edildi
baron-1.jpg
 
Respublikanın daxili işlər orqanları yeni ilin ilk günlərində daha bir uğurlu əməliyyat tədbiri həyata keçiriblər və nəticədə külli miqdarda müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.  
DİN Mətbuat Xidmətinin yaydığı məlumata görə, daxil olmuş informasiya əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının yanvarın 6-da həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhərində yaşayan, əvvəllər 6 dəfə məhkum olunmuş, "Baron Şəmi" ləqəbli Şəmsəddin Kərimov şübhəli şəxs qismində saxlanılıb.
 
Baxış zamanı ona məxsus evin həyətindəki quyudan gizlətdiyi ümumi çəkisi 28 kiloqrama yaxın narkotik vasitə, o cümlədən 12 kiloqram 550 qram həşiş qətranı, 7 kiloqram 110 qram tiryək, 6 kiloqram 981 qram heroin və 1 kiloqram 137 qram marixuana aşkar edilərək götürülüb. 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.