XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 June 2019 - 15:13

Xaçmazda polis əməliyyatı:1330 ədəd çətənə kolu becərən keçmiş məhkum tutuldu

Xaçmazda çadırdan narkotik vasitə və silah-sursat tapılıb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, Xaçmaz RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında Ləcət kəndinin ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş E.Tahirov tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş 1330 ədəd çətənə kolu, habelə ona məxsus çadırdan marixuana, 2 ədəd nömrəsi silinmiş tüfəng, 1 ədəd pnevmatik tapança, 2 ədəd patron darağı və 8 ədəd rezin güllə aşkar edilərək götürülüb.