XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 January 2016 - 11:26

Bakıda mühafizəçini [color=red]güllələdilər

Yanvarın 9-da gecə saatlarında Bakıda, Binəqədi rayonundakı tikinti materialları bazarının mühafizəçisi Elmar Canatov güllələnib.

Xəstəxanaya çatdırılan 30 yaşlı mühafizəçinin vəziyyəti ağırdır. O, xeyli qan itirib.

Binəqədi rayon Polis İdarəsinin rəis Namiq İsmayılov bildirib ki, hadisə ailə münaqişəsi zəminində baş verib.

Elmar Canatovu bacısının həyat yoldaşı Mehman Fasadovun vurduğu bildirilir.

Hadisə yerindən qaçan həmin şəxs artıq saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb(apa).