XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 İyun 2019 - 20:41

Ağstafada ağır yol qəzası:iki nəfər ölüb, üç nəfər yaralanıb

Ağstafada ölümlə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın yerli bürsosunun məlumatına görə, hadisə rayonun Poylu kəndi yaxınlığında qeydə alınıb.

Belə ki, “Mersedes” markalı avtomobilin sürücüsü idarəetməni itirərək yoldan çıxıb. Hadisə zamanı avtomobilin aşması nəticəsində Ağstafa rayon sakinləri – 1989-cu il təvəllüdlü Ramil Nəsirəddin oğlu Kazımov, 1991-ci il təvəllüdlü Vüsal Xıdır oğlu Axundov xəsarət alıb, Cəsur İbrahim oğlu Ağayev, Fərhad İsmayıl oğlu Əliyev isə ölüb.

Yaralılar Qazax Rayon Müalicə və Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.