XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 İyun 2019 - 11:32

Ağdaşda “Xaş–xaş 2019” ƏMƏLİYYATI- 982 ədəd çətənə kolu aşkar edildi+FOTO

“Xaş–xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, rayonun Malay kəndi ərazisində vətəndaşa məxsus əkin sahəsində ümumi çəkisi 306 kiloqram olan yabanı halda bitmiş 982 ədəd narkotik tərkibli çətənə kolları kökündən çıxarılıb, yandırılaraq məhv edilib.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.