XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

01 İyul 2019 - 14:37

Gömrükdə əməliyyat:yuyucu tozun içində 2 kq heroin gizlədən şəxs saxlanıldı

Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və yoxlama aparılıb.

Strateq.az komitəyə istinadla bildirir ki, vətəndaşın əl yüklərinə rentgen aparatıyla baxış zamanı monitorda şübhəli predmetlərin təsviri görünüb.

Nəticədə bir ədəd zənbildəki qarışıq ərzaq yüklərinin yanında olan iki ədəd yuyucu toz qutularının içərisindən gömrük nəzarətindən gizlədilmiş iki ədəd sellofan bağlamada, ümumi çəkisi 1998,8 qram açıq qəhvəyi rəngli narkotik vasitə – heroin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.