XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

10 Yanvar 2016 - 07:13

Gödəkboy Qusman: Meksikanın [color=red]“1 nömrəli narkobaron”unun tarixçəsi

Meksikanın Gödəkboy ayamalı kriminal avtoriteti Hoakin Qusman Meksika hökuməti üçün biabırçılığa çevrilmiş və ABŞ-la münasibətlərini korlamış cəsur qaçışdan sonra yenə də həbsə düşdü.

O, iki dəfə həbsxanadan qaçmağa və polisdən gizlənməyə nail olub.

Kasıb fermerin oğlu dünyanın ən varlı narkobaronlarından biri oldu.

Ködəkboy kmdir?

Qusman 1957-ci ildə fermer ailəsində anadan olub. Onun narkobizneslə bağlı ilk təcrübəsi marixuana və tiryək xaşxaşı zəmisində işlədiyi dövrlərə düşür. O, “Qvadalhara” kartelinin "Xaç atası" kimi məşhurlaşmış başçısı Migel Anhel Feliks Qalyardonun yanında, bir növ, praktika keçib. Qusman kolumbiyalı narkodilerlərlə təmaslara sorumlu idi. Onun karyerası sürətlə yüksəldi və 1980-ci illərin axırında özünün şəxsi “Sinaloa” kartelini təsis etdi. Meksikadan ABŞ-a narkotrafikin dördə biri bu kartelin payına düşürdü.

1993-cü ildə rəqibləri tərəfindən öldürülməkdən zorla yayınsa da, Meksika hökuməti onu həbsə alaraq, 20 illik azadlıqdan məhrum etdi.

New Yorker dərgisinin yazdığı kimi, onun Meksika prokurorluğunda tərtib edilmiş dosyesi aşağıdakı səciyyələri ehtiva edir: ifrat xudbin, özünə vurğunluq, hiyləgər, inadcıl, maraqcıl, bəsirətli və sirrverməz.

O, həbsxanadan iki dəfə qaçmağa necə nail olub?

Qusman birinci dəfə 2001-ci ildə özəl şəkildə qorunan Puyente Qrande həbsxanasından mələfə üçün zənbildə gizlənərək, qaçıb. 13 il azadlıqda qalmaqla öz imperiyasını möhkəmlədib və bundan sonra Sinaloa ştatında yenidən həbs edilib. Lakin Altiplano həbsxanasında keçirdiyi iki ildən sonra 2015-ci ilin iyulunda bir daha qaçdı – bu dəfə 1,5 km uzunluğunda lağım vasitəsilə.

Bu qaçış ciddi şəkildə ölçülüb biçilmişdi. Onu kamerasından işıqlanma, ventilyasiya və pillələrlə təchiz edilmiş yeraltı keçidə aparan dəlik  vurulmuşdu. Həbsxanadan kənardakı tikinti meydançası tuneldən çıxışı gizli saxlayırdı.

O, hansı nüfuza malikdir?

O hətta dünyaya xeyli narkobaronlar vermiş ölkədə də qəddarlığı ilə məşhurdur: onun qruplaşmasının Meksikada rəqiblərlə haqq-hesab çürütməsi nəticəsində minlərlə adam məhv edilib.

Lakin Gödəkboy öz ştatında folklor qəhrəmanı sayılır və “narko-korrido” deyilən narkobaronlara musiqili öygünün populyar personajıdır.

Sinaloada Qusmanın rəsmi olan suvenirlər satılır

Onun barəsində həm də quramna kimi danışırlar – axtarışda olarkən, cangüdənləri ilə restorana daxil olub, ziyarətçilərdən mobil telefonları yığışdırmağı xahiş edərək, sonra hamının hesabını ödəyib.

Forbes dərgisi Qusmanın sərvətini 1 milyard dollar həcmində dəyərləndirib.

O, Merksika hökuməti üçün niyə bu cür problem yaradır?

Dünyada ən çox axtarışda olan adamlardan birinin özəlcəsinə qorunan həbsxanadan qaçışı Meksika hökuməti üçün biabırçılıq oldu. Ona bunu bir daha etməyə imkan verməyəcəkələri haqda birbaşa vəddən sonra həbsxanadan qaçdı. Ona içəridən yardım edildiyi haqda şübhələr meydana çıxdı və həbsxananın bir neçə əməkdaşı həbs edildi.

İki qaçış zamanı onun təqibdən müvəffəqiyyətlə yayınması, hökumətin narkokartellərin ağalığına son qoymağa cəhd etdiyi Meksikada həll edilməmiş korrupsiya probleminə işarə edir.

ABŞ onunla nə üçün maraqlanır?

ABŞ 2014-cü ildə onun ekstradisiyası üçün sorğu göndərdi ki, ölkəyə küllli miqdarda narkotiklər qaçaqmalçılığı üzrə ittihama görə onu mühakimə etsin. Cinayətkarlıq üzrə Çikaqo komissiyasının 2013-cü ildə “cəmiyyətin bir nömrəli düşməni” adlandırdığı Gödəkboy ABŞ-ın, ən azı, yeddi federal rayon məhkəməsində ittiham edilib.

Meksika o zaman bildirdi ki, Qusman qalan müddəti bitirməyincə,  ekstradisiya haqda tələbi yerinə yetirməyəcək.

BBC.com, 10.01.2016