XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

03 İyul 2019 - 23:00

Gəncədə bədbəxt hadisə:9 yaşlı uşaq hündürlükdən yıxılaraq ölüb

Gəncədə bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərdə yerləşən ticarət mərkəzlərinin birində qeydə alınıb.

Belə ki, şəhər sakini, 2010-cu il təvəllüdlü Əli Rüstəmzadə ticarət mərkəzində hündürlükdən yıxılıb. Azyaşlı dərhal xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.