XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

04 İyul 2019 - 13:16

Bakıda kişiyə 43 min dollar “atan” qadın həbs edildi –Təfərrüat

Bakı sakinini aldadaraq 43 min dollarını alan qadın saxlanılıb. 

DİN-nin Mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, “102-Zəng Mərkəzi” Xidmətinə müraciət edən Bakı şəhər sakini A.İsmayılov cari il yanvar ayının 25-də paytaxt sakini L.Əliyeva tərəfindən aldadılıb 43.000 ABŞ dollarının alındığını bildirib.

Müraciətlə əlaqədar Səbail Rayon Polis İdarəsində müvafiq araşdırmalar aparılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Əməliyyat-axtarış tədbirləri ilə L.Əliyeva polis əməkdaşları tərəfindən saxlanılıb. Onun cari ilin mart ayında Bakı şəhər sakini olan daha bir qadını aldadıb 4.000 manatını alması da müəyyən edilib.