XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 July 2019 - 15:48

Ağcabədidə narkotiklə bağlı polis əməliyyatı:saxlanılan var

Ağcabədi rayonunda külli miqdarda narkotik maddə dövriyyədən çıxarılıb.

DİN-dən Strateq.az-a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları Avşar kəndi ərazisində yerli sakin Vahid Siyafət oğlu Baxşəliyevi saxlayıb. Onun üzərindən bir kibrit qutusunda qurudulmuş marixuana aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq saxlanılan şəxsin yaşadığı mənzildən 7 kq-a yaxın qurudulmuş marixuana götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.