Ağdaşda həyətyanı sahəsində çətənə kolu yetişdirən şəxs tutulub.
DİN Mətbuat Xidmətindən Strateq.az-a verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində şəhər sakini Q.Məmmədova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 9 ədəd çətənə kolu, yaşadığı evdən isə 3 kiloqramdan artıq marixuana, həmçinin müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.