XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

04 İyul 2019 - 23:26

Hacıqabulda ağır yol qəzası:bir ailənin 3 üzvü xəsarət aldı

Hacıqabulda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə axşam saatlarında Bakı-Qazax magistral yolunun rayonun Nəvahı kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, “BMW” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza zamanı Bakı şəhər sakinləri, bir ailənin üzvləri – 1982-ci il təvəllüdlü Qasımova Ülkər Zahir qızı, 2009-cu il təvəllüdlü Qasımova Məleykə Bayram qızı və 2005-ci il təvəllüdlü Qasımov Nurlan Bayram oğlu müxtəlif bədən xəsarətləri alıb.

Yaralılar Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır/Report.