XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

05 İyul 2019 - 18:11

Gürcüstan DİN:"Gürcüstandan Azərbaycana qaçmaq istəyən kriminal avtoritet sərhəddə tutulub"

Gürcüstanda azərbaycanlıların daxil olduğu 10 kriminal avtoritet saxlanılıb.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis departamentinin rəhbəri Mamuka Çelidze keçirdiyi brifinqində məlumat verib. O, bildirib ki, saxlanılan şəxslərdən biri Qırmızı Körpü sərhəd keçid məntəqəsindən Azərbaycana daxil olmaq istəyərkən həbs edilib.

Saxlanılanların qanuni oğrularla əlaqələrinin olduğu, azərbaycanlıların kompakt yaşadığı Marneuli və Dmanisi, həmçinin Batumi, Mestia, Rustavi və Tbilisidə hədə-qorxu və şantajla vətəndaşların pullarını mənimsədikləri bildirilir. Onlardan dördü kriminal aləmlə əlaqəsi olduğunu etiraf edib.
Faktla bağlı cinayət işi başlanıb. /APA