XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 July 2019 - 12:34

Binəqədidə polis əməliyyatı:arvadı ilə birlikdə oğurluq edən keçmiş məhkum saxlanıldı

Bakıda arvadı ilə birlikdə evdən oğurluq edən şəxs tutulub. 

DİN-nin Mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, nazirliyin “102 – Zəng Mərkəzi” Xidmətinə iyunun 30-da “Motodrom” adlanan yaşayış sahəsindəki evlərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub.

Müraciətlə əlaqədar dərhal Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçirilib. Evdən 1500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş M.Əlövsətov, arvadı P.Qarayeva və paytaxt sakini N.Rzayeva saxlanılıb.

Araşdırma aparılır.