Quba rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Hacıhüseyli kəndi ərazisində qeydə alınıb. Əliməmmədoba kəndi sakini, 2001-ci il təvəllüdlü Babayev Murad Azad oğlunu naməlum avtomobil vurub. Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən gəncin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.