XƏBƏR LENTİ

06 Dekabr 2020
05 Dekabr 2020

Digər Xəbərlər

11 Yanvar 2016 - 13:23

Tələbə intiharı: [color=red]prokurorluq cinayət işi açdı, universitet isə “yaxası”nı kənara çəkir

Rumiyyə Qasımovanın intihar faktı ilə bağlı cinayət işi başlayıb.

Sumqayıt Şəhər Prokurorluğundan trend.az-a verilən məlumata görə, intihar faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
 
Xatırladaq ki, Sumqayıt şəhər sakini, Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin 1-ci kurs tələbəsi R.Qasımovanın üzərində zorakılıq əlamətləri olmayan meyiti yanvarın 10-da şəhər ərazisindəki dəniz sahilində tapılıb.
 
İntiharın səbəbləri ilə bağlı daha öncə Sumqayıt Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Nazxanım Cəlilli bildirib ki, R.Qasımovanın imtahan kəsiri ilə bağlı intihar etməsi həqiqətdən uzaq görünür:
 
"Yanvarın 9-da "Ana dili" fənnindən keçirilən imtahanda Rumiyyə Qasımova ən aşağı – 12 bal toplayıb. Lakin bu, hələ son demək deyildi. Beləki o, yenidən Alt qrupda imtahan verə bilərdi. Aşağı qiymət alması ilə bağlı o, universitet rəhbərliyinə hər hansı narazılığını bildirməyib. Tələbə yoldaşları onun ümumilikdə aşağı göstərici göstərdiyi üçün valideynləri tərəfindən tənbeh olunacağından qorxduğunu bildiriblər. Çox güman ki, səbəblər ailədaxili münasibətlərlə bağlıdır".
 
Faktla bağlı araşdırma aparılır.