XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

06 İyul 2019 - 21:56

Lənkəranda ağır yol qəzası- 1 nəfər ölüb, 2 nəfər yaralanıb

Lənkəran rayonunda eyni istiqamətdə hərəkətdə olan yük maşını ilə minik avtomobili toqquşub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, qəza rayonun Gərmətük kəndi ərazisində qeydə alınıb. Zərbənin gücündən hər iki avtomobil aşıb.

Türkəkəran kənd sakini, 1993-cü il təvəllüdlü Hakim Mübariz oğlu Tahirov idarə etdiyi “QAZ 52” markalı avtomobili yolayrıcında döndərmək istəyərkən arxadan gələn Siyavar kənd sakini, 1978-ci il təvəllüdlü Rasim Adət oğlu Quliyevin sükanı arxasında olduğu “Mercedes” markalı avtomobillə toqquşub.

Kommunal xidmətlərin göstərilməsi üçün istifadə olunan “QAZ 52” markalı nəqliyyat vasitəsinin aşması nəticəsində sürücü hadisə yerində keçinib.

Yük avtomobilində olan sərnişin Gərmətük kənd sakini, 1964-cü il təvəllüdlü Ehtiram Nahid oğlu Nurullayev və “Mercedes”in sürücüsü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Ağır yaralanan sərnişin reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.