XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

08 İyul 2019 - 13:05

Bakıda evə basqın olub –Kişi öldürülüb, həyat yoldaşı yaralanıb

Bakıda naməlum şəxslər evə basqın ediblər. 

Hadisə Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində baş verib.

İki nəfər naməlum şəxs 1979-cu il təvəllüdlü Araz Sofiyev və həyat yoldaşı Rəna Sofiyevanın yaşadıqları evə hücum edib.

Həmin şəxslər ev sahiblərinə bıçaqla xəsarət yetiriblər. Nəticədə A.Sofiyev aldığı xəsarətlərdən dünyasını dəyişib.

Naməlum şəxslər evdən 5000 ABŞ dolları aparıblar.

Hazırda hadisəni törətməkdə şübhəli bilinən şəxslərin tapılması istiqamətində axtarış-əməliyyat tədbirləri həyata keçirilir.

Faktla bağlı araşdırma aparılır. /Report