XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

06 May 2015 - 10:13

Odessada güllələnən azərbaycanlı tələbələrin biri öldü
Odessada güllələnən azərbaycanlı tələbələrin biri öldü
Mayın 1-də Odessa şəhərinin Lvov küçəsindəki yataqxananın yaxınlığında güllələnən azərbaycanlı tələbələrin biri xəstəxanada vəfat edib.
Bu barədə Ukrayna DİN-in Odessa vilayəti üzrə Baş İdarəsinin mətbuat katibi Alla Marçenko məlumat yayıb.
Onun sözlərinə görə, gənc azərbaycanlı mayın 6-na keçən gecə keçinib.
Azərbaycanlı tələbələrə atəş açmış III kurs tələbəsi, Bolqarıstan vətəndaşı isə hazırda təcridxanadadır.
Qeyd edək ki, sərxoş tələbələr mayın 1-də Lvov küçəsində dava-dalaş salıblar. Davada iştirak edən bolqar tələbə Azərbaycan vətəndaşı olan tələbələrə bir neçə dəfə atəş açıb. Nəticədə üç azərbaycanlı tələbə yaralanıb./Azadlıq.info/