XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

06 May 2015 - 11:06

Fərəc Kərimliyə 6 il 6 ay iş verildi

Fərəc Kərimliyə 6 il 6 ay iş verildi

Müsavat başqanının həbsdə olan müavini Fərəc Kərimli 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Başqan müavini son söz deməkdən imtina edərək yalnız bunu deyib: “Qanunların ayaq altına atıldığı məhkəmədə son söz demək sifariş verənlər üçün şərəf olar”.
Qeyd edək ki, aprelin 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda dövlət ittihamçısı Fərəc Kərimlinin 7 il 6 ay azadlıqdan məhrum edilməsini istəmişdi.
F. Kərimli Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma) maddəsinə əsasən ittiham edilir.
Müdafiə tərəfi ittihamı əsassız sayır. Fərəc Kərimlinin siyasi sifarişlə həbs olunduğunu bildirir.