XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 January 2016 - 11:51

Bakı polisindən yeni əməliyyat: [color=red]3 nəfər həbs olundu

Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları narkotik əməliyyatı keçirib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, əməliyyatla Quba sakini Mərhəmət Sədirovdan 5,15 qram, Bakı sakinləri Nahid Həsənovdan 5,88 qram və əvvəllər məhkum olunmuş Rəşad Əzimovdan 19 kiloqram 155,84 qram marixuana aşkar edilərək götürülüb.

Onların yanvarın 8-9-da Bakı sakini Zaur Aslanovun Şüvəlan qəsəbəsindəki evindən velosiped, geyim və məişət əşyaları oğurlamaları, habelə N.Həsənovun borclu şəxs qismində axtarışda olması da müəyyən edilib.