XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 July 2019 - 15:56

Türkiyə və İran vətəndaşları Azərbaycanda saxlanıldı –Ayaqqabılarından narkotik aşkarlandı + FOTO

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qaçaqmalçılıq yolu ilə Respublika ərazisinə külli miqdarda narkotik vasitə keçirən İran və Türkiyə vətəndaşları saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Strateq.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında Astara şəhəri ərazisində mərkəzi bazarın qarşısında İran İslam Respublikasının vətəndaşı Reza Delaemilan və Türkiyə Cümhuriyyətinin vətəndaşı Haydar Yaba saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib.

Astara RPŞ-də onların üzərinə keçirilən baxış zamanı hər ikisinin ayaqqabılarının alt hissəsinə yerləşdirilməklə gizlədilmiş ümimilikdə 1 kiloqram 235 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır