XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 July 2019 - 17:11

Gürcüstanda azərbaycanlıların yaşadıqları bölgədə qəza:1 nəfər ölüb, 5 nəfər xəsarət alıb

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonunun ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Azərtac Gürcüstan Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, qəza nəticəsində 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Nazirliyin məlumatında bildirilir ki, karqo xidmətinə məxsus yük avtomobili əvvəlcə qarşıdan gələn minik avtomobili ilə toqquşub və daha sonra yanından ötən digər nəqliyyat vasitələrinin üzərinə aşıb. Zəncirvarı qəza nəticəsində səkkiz avtomobilə zərər dəyib.