XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

14 İyul 2019 - 20:14

Bakıda minik avtomobili aşıb, bir ailənin 5 üzvü ağır xəsarət alıb –FOTO

Bakıda 5 nəfər xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Qaradağ rayonu ərazisində Lökbatan-Sahil qəsəbəsi avtomobil yolunda qeydə alınıb.

“Lada Priora” markalı avtomobil qarşıdakı avtomobili ötmək istəyərkən sürücü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Avtomobildə olan 5 nəfər ağır bədən xəsarətləri alıblar. Hadisə şahidlərinin bildirdiyinə görə, yaralılardan 3 nəfəri azyaşlıdır.

Onların bir ailənin üzvü olduğu bildirilir. /APA