XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

15 İyul 2019 - 11:29

XİN-in keçmiş əməkdaşlarının şikayəti təmin edilməyib –Məhkəmə prosesi

Bakı Apelyasiya Məhkəməsində Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq idarəsinin beynəlxalq hava limanındakı viza şöbəsinin keçmiş 3-cü katibi Elton Xəlilli və nazirliyin sabiq əməkdaşı Anar Quliyevin barəsindəki hökmdən verilən şikayətə baxılıb.

“Report”un xəbərinə görə, hakim Habil Məmmədovun sədrlik etdiyi kollegiyanın qərarı ilə apelyasiya şikayəti təmin edilməyib və onların barəsindəki hökm qüvvədə saxlanılıb.

Qeyd edək ki, Xəzər Rayon Məhkəməsinin hökmü ilə E.Xəlilli 1 il 2 ay, A.Quliyev isə 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Onların cəzaları həbs edildiyi gündən hesablanıb və məhkəmə zalından azadlığa buraxılıb.

Onlar Azərbaycana gələn əcnəbilərin viza rəsmiləşdirilməsi zamanı xidməti vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunla müəyyən edilmiş ödəmələrdən artıq məbləğdə pul almaqda təqsirli biliniblər.