Külli miqdarda narkotika alveri ilə məşğul olan şəxs yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Siyəzən rayon sakini Röyal İlyasov 5 kiloqram 80 qram marixuananı 30 000 manata satarkən tutulub.