XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

16 İyul 2019 - 18:02

Bakıda ağır yol qəzası:minik avtomobili yük maşını ilə toqquşdu

Xocahəsən qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, adıçəkilən qəsəbədən üzü şəhər istqamətində hərəkətdə olan minik avtomobili yük maşını ilə toqquşub. Toqquşmanın gücündən hər iki avtomobil yol kənarına aşıb. Qəza nəticəsində iki nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıblar.

Qeyd edək ki, qəza səbəbindən Xocahəsən yolunda tıxac da yaranıb. Hadisə yerinə DYP əməkdaşları cəlb olunublar.

Qəzanın səbəbləri araşdırılır.