XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

16 İyul 2019 - 20:52

Ağdamda polis əməliyyatı:həyətində çətənə bitkisi yetişdirən şəxs saxlanılıb

Ağdam rayonunda həyətində çətənə bitkisi yetişdirən şəxs saxlanılıb.

DİN Mətbuat xidmətinin Bərdə regional qrupundan Strateq.az-a verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən İmamqulubəyli qəsəbə sakini Azər Allahverdiyev saxlanılıb.

Onun yaşadığı ünvana baxış keçirilən zaman evin həyətində aqrotexniki qaydada qulluq etdiyi ümumi çəkisi 8 kiloqram 870 qram olan 28 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.