XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 July 2019 - 19:14

Nardaran və Tərtərdə polis əməliyyatı:silah-sursat aşkarlanıb

Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbəsi ərazisində nömrəsi silinmiş “İJ-16” markalı tüfəng, “F-1” markalı qumbara və süngü-bıçaq aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə şəhər sakini E.Novruzovdan müvafiq sənədləri olmayan və nömrəsi silinmiş “TOZ-16” markalı ov tüfəngi aşkarlanıb.

Hər iki faktla bağlı araşdırmalar aparılır.