XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 July 2019 - 10:44

Bakıda istirahət mərkəzində kütləvi dava düşüb:xəsarət alan var

Bakının Xəzər rayonunda kütləvi dava zamanı bir nəfər xəsarət alıb.

APA-ya bu barədə Xəzər Rayon Polis İdarəsindən məlumat verilib.

Şüvəlan qəsəbəsində yerləşən istirahət mərkəzlərinin birində beş nəfər naməlum şəxs 1984-cü il təvəllüdlü İsmayılov Xalıq Vaqif oğlunu döyüb. Nəticədə o, ağır bədən xəsarətləri alıb. Yaralı özəl xəstəxanaların birinə yerləşdirilib.

Hadisəni törədənlər Xəzər RPİ tərəfindən axtarılır.