Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Hadisə Binə qəsəbəsi Babək küçəsində baş verib. Həmin küçədəki fərdi yaşayış evində yaşayan 1989-cu il təvəllüdlü Hüseynova Şəbnəm Vilayət qızı hamam otağında dəm qazından boğulub. 27 yaşlı qızın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırmalar aparılır.