XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 July 2019 - 20:50

Şəmkirdə iki maşın toqquşdu –Ölən və xəsarət alanlar var

Şəmkir rayonunun Seyfəli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Strateq.az-a verilən məlumata görə, iyulun 22-də saat 8 radələrində Şəmkir rayonunun Seyfəli kəndi ərazisində Gəncə şəhər sakini Rahib Zeynalovun idarə etdiyi “VAZ-2107” və Gədəbəy rayon sakini T.Gülməmmədovun idarə etdiyi “VAZ-2121” markalı avtomobillər toqquşub. Nəticədə R.Zeynalov hadisə yerində ölüb, 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.