XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

23 İyul 2019 - 21:17

İmişlidə Goranboy sakinini soyan iki nəfər tutuldu –Açıqlama

İyulun 22-də saat 1 radələrində İmişli rayonunun Şahverdili kəndi ərazisində naməlum şəxslər Goranboy rayon sakini R.Məmmədova zor tətbiq edib 54 manatını, mobil telefonunu, gümüş boyunbağını və yaddaş kartını ondan alıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, soyğunçuluğu törətməkdə şübhəli bilinən rayon sakinləri S.Hüseynov və əvvəllər məhkum olunmuş A.İbrahimbəyli saxlanılıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.