XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

23 İyul 2019 - 21:28

Polisdən birgə əməliyyat:Bakıda qaçırılan maşın Şabranda tapıldı

“102” Xidməti-Zəng Mərkəzinə müraciət edən Bakı şəhər sakini A.Ağayev iyulun 19-na keçən gecə Binəqədi rayonunun M.Cəlal küçəsindən “Renault” markalı avtomobilinin qaçırıldığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Strateq.az-a bildiriblər ki, nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş F.Ağayev Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi, Şabran Rayon Polis Şöbəsi və Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şabran rayonunun ərazisində avtomobillə birgə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır