XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

24 İyul 2019 - 09:45

Aeroport şossesində yol qəzası baş verib, xəsarət alan var –VİDEO/FOTO

Bakının Suraxanı rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Beynəlxalq hava limanı istiqamətində hərəkətdə olan və Süleyman Süleymanovun idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetmədən çıxıb və eyni istiqamətdə hərəkətdə olan “Daewoo” markalı avtomaşına çırpılıb.

Zərbənin təsirindən “Daewoo” yolayırıcı dəmirə dəyib. Avtomobilin sürücüsü Məmmədov Təbriz Maqsud oğlu xəsarət alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətinin orta ağır olduğunu bildirib.

Hadisə yerinə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. /APA