XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

25 İyul 2019 - 10:55

Qusarda yabanı halda bitən çətənə kolları məhv edilib –FOTO

Qusar rayonunda yabanı halda bitən çətənə kolları aşkarlanaraq məhv edilib. 

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Strateq.az-a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin (RPŞ) Samur Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Kufoba kənd ərazisində yabanı halda bitmiş hündürlüyü 130 santimetrə qədər olan 254 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilib. Həmin narkotik tərkibli bitkilər kökündən çıxarılıb, yandırılaraq məhv edilib.

Faktla bağlı Qusar RPŞ-də araşdırma aparılır.