XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 July 2019 - 14:10

Ağcabədidə polis əməliyyatı:mal-qara oğurluğu ilə məşğul olan dəstə tutuldu + FOTO

Ağcabədi rayonunda mal-qara oğurluğu ilə məşğul olan dəstə tutulub.

Rayonun Kəbirli kənd sakinləri, Elməddin Quliyevin 18 və Zakir Musayevin isə 5 baş xırdabuynuzlu mal-qarası oğurlanıb.

E.Quliyev “102” Xidməti-Zəng Mərkəzinə, Z.Musayev isə Ağcabədi Rayon Polis Şöbəsinə (RPŞ) müraciət ediblər.

İlkin məlumata görə, E.Quliyevə 5400, Z.Musayevə isə 1000 dəyərində ziyan dəyib.

Faktla bağlı Ağcabədi RPŞ-da əməliyyat-axtarış qrupu yaradılıb və Şöbə əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində oğurluq törətməkdə şübhəli bilinən 4 nəfər Bakı şəhər sakini, Emin Abbasov, Ağcabədi rayon sakinləri – Elnur Musayev, Məhəmməd Mirzəyev və oğurluq edərkən sürücülük edən Afdandil Tağıyev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir/Report.