XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 July 2019 - 09:49

Bakıda mikroavtobus yük avtomobili ilə toqquşub –6 nəfər yaralanıb

Bakının Qaradağ rayonu ərazisində (Sahil qəsəbəsinə çatmamış, “NUR” marketin yanında) ağır yol qəzası baş verib.

Qəza zamanı mikroavtobus yük avtomobili ilə toqquşub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirovun verdiyi məlumata görə, “təcili yardım”a çağırış saat 7.42 də daxil olub.

“Hadisə yerinə altı təcili tibbi yardım briqadası yollanıb. Qəza nəticəsində xəsarət alan 6 nəfər KTM-ə çatdırılıb. Həkimlərin bildirdiyinə görə, yaralılardan 2-nin vəziyyəti ağırdır, 4-nün vəziyyəti orta ağır”, – deyə o bildirib/Report.