XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

29 İyul 2019 - 09:57

ABŞ-da festival iştirakçıları atəşə tutuldu –Ölən və yaralananlar var

ABŞ-ın Kaliforniya ştatında keçirilən qida festivalı zamanı baş verən silahlı insident nəticəsində 3 nəfər ölüb.

Bu barədə bələdiyyə şurası nümayəndəsi Dion Brakkoya istinadən “New York Times” nəşri yazıb.

Onun sözlərinə görə, nəticədə 12 nəfər xəsarət alıb.

Brakko həmçinin atışmada şübhəli bilinən bir nəfərin saxlanıldığını qeyd edib.

Lakin, onun sözlərinə görə, polis əməkdaşları güman edirlər ki, atəşi bir neçə nəfər aça bilər. Bununla əlaqədar polis axtarışları davam etdirir/Report.