XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

29 İyul 2019 - 14:52

Narkotik xassəli bitkilər becərən şəxslər tutuldu –Oğuzda

Oğuz rayonunda narkotik xassəli bitkilər becərən şəxslər saxlanılıb.

DİN-nin Mətbuat Xidmətinin Şəki regional qrupundan Strateq.az-a verilən məlumata görə, iyulun 29-da polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şirvanlı kəndindəki meşəlik ərazidə xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 21 ədəd narkotik tərkibli çətənə kolu və 310 qram qurudulmuş marixuana aşkar edilib.

Keçirilmiş tədbirlərin davamı olaraq həmin çətənə kollarını becərən şəxslərin 2 dost – Xocalı rayonu Cəmilli kənd sakini, əvvəllər məhkum olunmuş 48 yaşlı Tofiq Cavadov və Oğuz rayon sakini 45 yaşlı Firuz Mehdiyev olduğu müəyyən olunub.

Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. İfadələrində həmin narkotik tərkibli bitkiləri öz istifadələri üçün becərdiklərini bildiriblər.